Portal:Teatr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  

"Həyat bir səhnədir, teatrdan fərqli olaraq burada hər kəs özünü oynayır "

Üçüncü zəng çalınır, pərdə qalxır...

Teatr portalına
Xoş Gəlmişsiniz!


redaktə  

Pyeslər

Xəsis — Əhvalat Parisdə baş verir. Varlı və xəsis Harpaqonun iki övladı var: Kleant və Elis. Kleant anasıyla kasıb həyat tərzi yaşayan Marianla evlənmək istəyir, qızı Elis isə atasının qulluğunda duran Valerə aşiqdir. Uşaqlarının sevgi macəralarını bilməyən Harpaqonun fikri isə tam başqadır. O, uşaqlarının ikisini də varlı insanlarla evləndirmək istəyir. Marianı isə hiyləgər Frozin sayəsində özünə gəlin gətirmək istəyir. Atasının niyyətindən xəbərdar olan kimi Kleant təcili pul tapmağa çalışır, faizlə pul verən insanları araşdırmağa başlayır. Harpaqon isə oğurlanacağından qorxduğu qızıllarını sandığa qoyub baxçada basdırır.

Harpaqon istəklərini həyata keçirmək üçün Marianı şam yeməyinə dəvət edir. Onunla birlikdə Frozin və qızını evləndirməyi düşündüyü Anselmi də çağırır. Kleant və Marian Frozindən onlara kömək etməsini istəyirlər. Frozinin fikrinə görə Harpaqonun Mariandan əl çəkməsi üçün varlı və adlı-sanlı bir qadınla rastlaşmalıdır. Həmin vaxt Harpaqon oğlunun Mariana etdiyi etirafları eşidir və evdə qiyamət qopur.


redaktə  

Rejisorlar

Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (12 dekabr 1893, Şamaxı – 16 noyabr 1938, Bakı) — məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru. Abbas Mirzə Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış. Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər.


redaktə  

Aktyorlar

Hökümə Abbasəli qızı Qurbanova — Azərbaycan aktrisası, film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən şəxs. Azərbaycan milli səhnəsində misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb. Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovda ərdə olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib. Hökümə xanım Bakı Pedaqoji Texnikumunu bitirib (1931). Elə həmin il Azərbaycan Dövlət konservatoriyasma daxil olaraq iki il fortepiano sinifində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb. Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib.


redaktə  

Teatrlar

İrəvan Dövlət Azərbaycan Dram Teatrıİrəvanda yaradılan Azərbaycan dilində ilk teatr. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar hal-hazırda Bakıda fəaliyyət göstərən dövlət teatrlarından biri. Teatrın tarixi müxtəlif mənbələrə istinadən 1882-ci ildən müəyyənləşdirilmişdir. Tarixçi-alim İsrafil Məmmədovun araşdırmalarında o, bildirir ki, İrəvanda Azərbaycan teatrının tarixi ən azı 1880-81-ci illərdən başlayır. İrəvanda çıxan "Psak" ("Çələng") qəzeti 1882-ci il 10 aprel, 7-ci sayında "Fars teatrı" adlı geniş rəy dərc edib. Məqalədə yazılır ki, kasıb tələbələrə xeyriyyə məqsədilə İrəvan türklərindən ibarət teatr həvəskarları Vasaq Mədətov Nəzminin "Tamahkarlıq düşmən qazanır" tamaşasını 1881-ci ilin ikinci yarısında birinci dəfə, 1882-ci il aprelin 2-də ikinci dəfə oynamışlar.

Azerbaijani theatre of Yerevan in 1939.jpg
Teatrın kollektivi, 1939


redaktə  

Təqvim

May


redaktə  

Dramaturqlar

Cabbarlı Cəfər Qafar oğlu (d. 20 mart 1899, Xızı, Rusiya İmperiyası – ö. 31 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan dramaturqu, şairi və nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi (1932). 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur. Cəfər Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. O, Azərbaycan dramaturgiyasında sosial realizmin banisi sayılır. Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır. Atası Qafar kişi Bakıda kiçik ticarət ilə məşğul olurdu. 1902-ci ildə Qafar kişi vəfat etdikdən sonra ailənin bütün yükü Cəfərin anası Şahbikə xanımın üzərinə düşür.


redaktə  

Şəkil qalereyası


Teatr Vikixəbərdə  Teatr Vikisitatda  Teatr Vikikitabda  Teatr Vikimənbədə  Teatr Vikilüğətdə  Teatr Vikiversitetdə  Teatr Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar